!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov Küveytli tərəfdaşı ilə görüşdü

!Reklam – Yazi

BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.

Yenicag.az xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi apardıblar.

Xüsusilə turizm sahəsində son zamanlar artmaqda olan əməkdaşlığın Azərbaycan və Küveyt arasında münasibətlərin daha da inkişafına töhfə verdiyi qeyd olunub.

Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

www.yenicag.az

1015
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv