!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov Malayziya səfirini qəbul etdi - FOTO

!Reklam – Yazi

Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycana yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və insanlararası təmasların artırılmasının vacibliyi vurğulanıb.

İqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd ediblər.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu ifadə ediblər.

Dato Yubazlan Bin Yusof ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfir Dato Yubazlan Bin Yusofa diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

www.yenicag.az

1397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv