!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov Polşa Prezidenti Kabinetinin rəhbəri ilə görüşüb

!Reklam – Yazi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa Prezidenti Kabinetinin rəhbəri, dövlət katibi Kşiştof Şçerski ilə görüşüb.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, görüş zamanı K.Şçerski iki ölkə arasında olan siyasi münasibətlərin əhəmiyyətini, onların strateji xarakter daşıdığını vurğuladı. O, Polşa tərəfinin bu əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməmək niyyətində olduğunu bildirdi. Bu xüsusda, Polşanın mərhum prezidenti Lex Kaçinskinin dövründə ikitərəfli əlaqələrin çox yüksək səviyyədə inkişaf etdiyi yada salındı və əlavə edildi ki, Polşa tərəfi bu münasibətlərin yenidən həmin səviyyəyə qaldırılması arzusundadır.

Nazir Elmar Məmmədyarov Polşaya səfəri zamanı keçirdiyi görüşlərdən bəhs edərək, iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat və digər sahələrdə mövcud perspektivlərin müzakirə edildiyini bildirdi. Eyni zamanda, nazir K.Şçerskiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi və Polşa tərəfinə Azərbaycanın ərazi bütövlüyü, süverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklidiyinə görə təşəkkür bildirdi.

Söhbət əsnasında Polşa tərəfi bir daha Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.

Tərəflər, həmçinin “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri və Avropa İttifaqı tərəfindən bu proqramın inkişaf etdirilməsinə daha güclü dəstəyin göstərilməsi ətrafında fikir mübadiləsi apardı.

Sonra tərəflər Şərqi Avropa məkanında olan vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

www.yenicag.az

2673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv