Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Elmar Məmmədyarov surinamlı həmkarı ilə görüş keçirdi

Reklam: High Technic

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-ci sessiyası çərçivəsində Surinam Respublikasının xarici işlər naziri Yldiz Pollak Beigle ilə görüşüb.

Yenicag.az XİN-ə istinadn xəbər verir ki, Elmar Məmmədyarov qarşı tərəflə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Avropa və digər ölkələr Qrupunun yaradılması, eləcə də Surinam Respublikasının bu qrupa daxil edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıb.

Daha sonra Azərbaycanla Surinam arasında diplomatik əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası və Surinam Respublikası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş layihəsinin imzalanmağa hazır olduğunu qeyd edib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirib.

Surinam naziri ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı və bu xüsusda tərəflər arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Xanım Nazir Azərbaycanlı həmkarını Qoşulmama Hərəkatının sədri qismində Surinama dəvət edib.

Görüş zamanı, həmçinin Azərbaycan Surinam arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub.

www.yenicag.az

1687
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM