Elmar Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə – Yenicag.Az

Reklam

Reklam

Beşinci Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib.

Yenicag.az xəbər verir ki, müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak ediblər.

XİN başçıları “Xəzər beşliyi”nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.

“Bu gün biz güzəşt və qarşılıqlı məqbul qərarların axtarışına göstərilən səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Prezidentlər tərəfindən imzalanmaya çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya buna sübutdur”, – deyə Qazaxıstanın XİN rəhbəri K.Abdrahmanov bildirib.

Qeyd olunur ki, görülən işləri Xəzəryanı dövlət başçılarının şəxsi diqqət və fəal iştirakı olmadan həyata keçirmək mümkün olmazdı.

Məlumata görə, Xəzəryanı dövlətlərin XİN rəhbərləri tərəfindən qəbul olunan Protokol qərarında tərəflərin V Xəzər sammiti zamanı imzalanması planlaşdırılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə gələcək fəaliyyəti öz əksini tapıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1211
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."