!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

!Reklam – Yazi

“O dövrdə az adamlardan idim ki, İbrahimbəyovun, bütövlükdə Milli Şuranın üzərinə gedirdim”.

Yenicag.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) Əli Əliyev azərbaycanlıların aşağılandığı, ermənilərinsə “sivil qövm” kimi göstərildiyi “Qafqaz triosu” filminin ssenari müəllifi, kinodramaturq Rüstəm İbrahimbəyovu yerdən yerə vurub.

VİP sədri bu məsələyə dair paylaşdığı qeydlərində İbrahimbəyovu öz şəxsi maraqları naminə milləti və dövləti təhqir etdiyini önə çəkib:

“Rüstəm İbrahimbəyovun çəkdiyi məlum film ciddi müzakirə olunur. Təsadüfi heç nə yoxdur. O zaman da prezidentlik eşqinə düşməsinin səbəbi barədə danışanda demişdim ki, bunun davası “qarın davası”dır. Əks halda, qəflətən xalq yadına düşdü, YAP-ın qüsurlarını görməyə başladı?

Müxalifətə simpatiyası İlham Əliyevdən qisas almaq, sahibi Putinin əlinə oynamaq istəyindən yaranmışdı. Məsələ ilə bağlı danışmağa mənəvi haqqım var. O dövrdə az adamlardan idim ki, İbrahimbəyovun, bütövlükdə Milli Şuranın üzərinə gedirdim. Çətin idi. Amma bilirdim ki, Putinin planına ayaq vermək olmaz. Baş tutmadı o proje. Nəyə təəccüb edirik ki? Öz mədəsi üçün yaşayan, obyektlərini işə salmaq üçün başqasının aləti olmağa müntəzirin, ölkəni təslim etməkdən ötrü əldən gedən birisinin belə ssenarisinə nədən təəccüb edirik?

Bakıdakı çoxşaxəli biznesinə “dobro”nu bu iqtidar verməmişdimi? Yəni İbrahimbəyov meyvəsi, həm də “hakimiyyət bağçası”nın məhsuludur. Əlbəttə ki, onu vasitə kimi başına çıxaran müxalifət kəsiminin də günahı az deyil.

Bir sözlə, İbrahimbəyov nümunəsi bir daha göstərir ki, kosmopolitizm təhlükəli ünsürdür. Belələrinə səlahiyyət vermək olmaz. Nə yazıqlar ki, iqtidarın bəslədikləri sırasında belələri çoxdur. Yalları kəsilən kimi nəinki sahibinə, bütün dəyərlərə də təpik atarlar.

Belə bir təklifim var. Son dövrlər Azərbaycanda qohumlardan imtina ənənəsi formalaşdırılıb. İbrahimbəyov xarici işlər naziri Elmar Məmmədyarovun yaxın qohumudur.

Baş tutmamış namizəd bu halda təkcə iqtidarı deyil, bütövlükdə milləti və dövləti aşağılamış, bizimlə düşmən  olan tərəfə qulluq mövqeyindən çıxış edib. Qoy, nankor ssenaristdən nazir Məmmədyarov imtina etsin. Bununla da cəmiyyət iqtidar üçün dövlətin maraqları ilə şəxsi maraqları arasında bərabərlik işarəsinin olduğunu görsün”.

A.Zeynalov

www.yenicag.az

4693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv