!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarovdan Bakının Avrasiya İttifaqına qoşulması ilə bağlı açıqlama (VİDEO)

!Reklam – Yazi

84180“İlk öncə biz Avrasiya İttifaqının Azərbaycana nə verəcəyini nəzərdən keçirlməliyik”.

Xarici işlər naziri Elmar Məmmədyarovun “Sputnik” agentliyinə açıqlamasında Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istisna etməyib. Heç vaxt, heç vaxt demə – cavabı verən Məmmədyarov hazırda Avrasiya bloku ölkələri ilə ikitərfli münasibətlərin inkişafına diqqət yetirdiyini əlavə edib.

ANS TV-nin məlumatına görə, politoloqlar, yerli iqtisadçı alimlər bu bəyanatı şərh ediblər. Onlardan bəzisi bu bəyanatı Azərbaycanı təkləmək istəyən qüvvələrə cavab adlandırıb. Bəzisi isə gələcəkdə belə bir məsələnin nəzərədən keçirə biləcəyini, hazırda isə Avropa ilə bir çox sahələrədə əməkdaşlığa üstünlük verdiyini söyləyiblər.

“İlk öncə biz Avrasiya İttifaqının Azərbaycana nə verəcəyini nəzərdən keçirlməliyik. Bu onun müstəqilliyi hesabına başa gəlməyəcək, düşünmək lazımdır. Azərbaycan açıq siyasət aparır. Azərbaycanın ticarət dövriyyəsi avro ilədir. 90 faiz mal ora ixrac olunur“, – deyə millət vəkili Vahid Əhmədov fikrini açıqlayıb.

“Elmar Məmmədyarov deyib, istina etmirik. Bu müəyyən mənada Azərbaycanı təkləmək istəyən qüvvələrə cavab ola bilər. Yaxın vaxtlarada Azərbaycanın belə planı yoxdu. Çünki dəfələrələ Azərbaycan bəyan edib ki, Qarabağ işğaldan azad olunmayana kimi heç bir qruma üzv olmayacaq, o cümlədən də bu təşkilatda Ermənistan var, Azərbaycan torpqalarını işğal edən ölkə”, – deyə politoloq Rasim Musabəyov bildirib.

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv