!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Qasımov istefa verdi

!Reklam – Yazi

trend_elmar_qasimov_150914Elmar Qasımov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefa verib.

Yenicag.az trend-ə istinadən bildirir ki, İcraiyyə Komitəsinin üzvü E.Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdiyini bildirib və istefasının qəbul olunmasını xahiş edib.

Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti konfransında keçiriləcək.

F.Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir. Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv