Elmar Vəliyevi güllələyən şəxs ermənidir? – FOTOFAKT

Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla bağlı müəyyən informasiyalar yayılır.

İcra başçısının qardaşı, respublikanın hərbi prokuroru Xanlar Vəliyev mətbuata açıqlamasında bildirib ki, Yunis Səfərovla anası ermənidirlər və Rusiya xüsusi xidmət orqanlarına çalışırlar.

Lakin əldə etdiyimiz sənəd Yunis Səfərovun erməni olmadığl faktını təsdiqləyir. Səfərovun doğum haqqında şəhadətnaməsində onun əslən gəncəli olduğunu göstərir. O ki, qaldı Səfərovun başqa bir dövlətə xidmət etməsinə, təbii ki, bu barədə ən dolğun məlumat Azərbaycan DTX-na məxsusdur.

Lakin bir məsələyə də həssas yanaşmaqda fayda var. Belə ki, cinayətkar şəxs gah İranın, gah da Rusiyanın agenti kimi təqdim olunur. Bu isə qonşu dövlətlərlə illərə söykənən siyasi münasibətlərin korlanmasına səbəb ola bilər.

Qeyd edək ki, Yunis Səfərovla anası Leyla adlı qadının Rusiyada müəllim kimi çalışdığı da deyilir.

COP29