Kərəm Həsənov Elmar Vəliyev üçün Türkiyədən professor gətirdi – Əməliyyatdan son xəbər

Dünən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olması barədə xəbər vermişdik. Nəticədə Elmar Vəliyevin ağır yaralandığı deyilirdi.

Yenicag.az xəbər verir ki, Elmar Vəliyevi əməliyyat etmək üçün Bahçeşehir Universitetinin tibb fakultəsinin dekanı professor Türker Kılıç Gəncəyə gətirilib.

Məlumatda deyilir ki, Türker Kılıçı Azərbaycana Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dəvət edib.

Bu barədə Bahçeşehir universitetinin tibb fakultəsi rəsmi sosial media hesabında məlumat yayıb.

Qeyd edək ki, Elmar Vəliyev ilə Kərəm Həsənov qudadır.

Səxavət Məmməd