Elmarın anası: “Oğlum şəhid olmamışdan qabaq üç dəfə dalbadal dedi ki…” – VİDEOMÜSAHİBƏ

“Üç dəfə dedi ki, ana, özündən muğayat ol. Elə bil ürəyim dayandı. Hiss etdim ki, oğlum şəhid oldu…”

Bunu 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgər İbrahimov Elmar Nəriman oğlunun anası Ümmü İbrahimova oğlu barədə danışarkən Yenicag.az-a videomüsahibəsində deyib.

Şəhid anası oğlu ilə bağlı xatirələrini danışaraq, göz yaşına boğulub.

Qeyd edək ki, İbrahimov Elmar Nəriman oğlu 1998-ci il sentyabrın 2-də Mingəçevir şəhərində doğulub. Evin tək övladı olan Elmar orta təhsilini Mingəçevir şəhər 2 nömrəli tam orta məktəbdə alıb. Məzun olduqdan sonra Peşə məktəbinə qəbul olub. Daha sonra bir müddət bərbər işləyib. 2016-cı ildə hərbi xidmətə yollanıb, topçu olaraq xidmət edib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Ağdərə, Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüş yolu keçib. Oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib.

Daha ətraflı videomüsahibəni təqdim edirik: