!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevda qoşulub qaçdı... - Foto

!Reklam – Yazi

ATV-də yayımlanan ”Bacanaqlar” serialının ssenarisində dəyişiklik olub. Məhəbbət obrazını canlandıran Ramin Hacıyev serialdan getdiyi üçün Sevda obrazının da taleyi “dəyişdirilib”.

Bu barədə Yenicag.az-a serialın baş qəhrəmanı Elməddin Cəfərov açıqlama verib:

“Bildiyiniz kimi yeni çəkilişləri Raminsiz başladıq. Sevda maraqlı obraz olduğu üçün onu itirmək istəmədik. Ssenariyə görə, Məhəbbət Sevdanı boşayır və xaricə köçür. Sevda da oturub gözləyəsi deyildi ki… Boşanmış qadının da ailə qurmaq haqqı var. Beləcə, Talehin bacısı Sevdanı Məhəbbətdən boşandırıb, Ramizə ərə verdik. Daha doğrusu Sevda qoşulub qaçdı. Ramiz rolunu da xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruza həvalə etdik”.

Xatırladaq ki, “Bacanaqlar” serialının rejissoru Ramin Hacıyev ATV kanalından ayrılaraq, fəaliyyətini Xəzər Televiziyasında davam etdirir.

Cəvahir

www.yenicag.az

5618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv