Elməddindən Kənanla Fərdanın “razborkası”na REAKSİYA: “Elə eləməsinlər ki, üçünü də…”

Elməddin Cəfərov ötən həftə bir-birini “ağ yuyub qara səpən” həmkarları Müşfiq Şahverdiyev, Fərda Xudaverdiyev və Kənan M.M-i barışdırmaq fikrindədir.

Bu barədə Yeniçağ.az-a açıqlama verən aktyor dostları arasında yaşanan qalmaqaldan məmnun olmadığını dilə gətirib:

“Mən o söhbətdə Kənanı da başa düşdüm, amma sözün deyiliş forması var. Bir qədər sərt fikirləri Fərda ilə Müşfiqin xoşuna gəlməmişdi. Amma əgər söhbəti Fərdagil başlayıbsa, onda Kənan nə deyirsə, düz deyir, mən onun tərəfindəyəm. (gülür)
Amma olan olub, əsas odur ki, hər üçü ilə dostam, üçü də yaxşı oğlanlardır. Fikrim var onları barışdırım. Hazırda Fərda Bakıda yoxdur, onu gözləyirəm. Nəyə lazımdır küsülülük? Fərda gələn kimi üçünü də bir yerə yığıb barışdıracam. Masa arxasında yox amma… Çünki xərc mənim boynuma düşəcək, buna görə də onları bir-birinə telefonla calaşdıracam”.

Kənan M.M aralarında yaşanan bu qalmaqala baxmayaraq heç kimdən küsmədiyni deyib:

“Mən arvad deyiləm ki, kimdənsə küsüm. Həyatıboyu heç kimdən küsməmişəm. Arvadlar bir-biri ilə umu-küsü saxlayır. Onlar (Müşfiqlə Fərdanı nəzərdə tutur-red.) özləri bilər mənimlə danışar, ya danışmazlar. Mən dürüst insanam, sözümü istədiyim vaxt deyrəm və kiminsə məndən inciyib-inciməməyi vecimə də deyil”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

COP29