Kolumbiyada elmi ictimaiyyəti şoka salan hadisə baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qızına DNT testi etdirən qadın nəticələr çıxanda gözlərinə inana bilməyib.
Test nəticələrinə görə, qadın kiçik qızın həm anası, həm də dayısı kimi görünüb. Yaşadığı şokdan sonra digər həkim və mütəxəssislərə müraciət edən qadının analiz nəticəsinin niyə belə olduğu bəlli olub.
Alimlər bu halı belə izah edib:
Nadirən də olsa bəzi hallarda insanlarda birdən çox embriondan DNT olur. Genetiklər bu günə qədər 20 oxşar hadisənin qeydə alındığını açıqlayıblar. Mütəxəssislər bunun tibbi ədəbiyyatda kimerizm kimi tanındığını qeyd ediblər.