Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova dəfn edilib.
Yenicag.az xəbər verir ki, o, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
***
Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib.
Yenicag.az xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq.
14:27
Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutur.
***
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə yaxınları məlumat verib.
Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.