!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Elmlər Akademiyası”nın yeni çıxışı bu gün açılır – Prezident də gələcək

!Reklam – Yazi

ilhameliyev3Bu gün “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olacaq.

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Bildirib ki, bu saatlarda artıq stansiyanın ikinci çıxışı açılacaq.

Məlumata görə, açılışa prezident İlham Əliyevin gəlişi də gözlənilir.

Xatırladaq ki, stansiyanın yeni 4 giriş-çıxışı inşa olunub. Çıxışların 2-də müasir eskalator quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. Həmçinin 3 istiqamətə yönələn çıxışlar piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq.

Qeyd edək ki, 2012-ci ilin avqustundan “Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə başlanılıb. Yeni ikinci çıxışın tikilməsində əsas məqsəd metrostansiyada olan sərnişin sıxlığının qarşısını almaqdır.(Aznews)

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv