Elmlər doktorundan koronavirusla bağlı siqaret çəkənlərə BƏD XƏBƏR

Koronavirus sağlam həyat tərzi sürən insanlarla siqaret çəkənlərdə özünü fərqli şəkildə göstərir.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Xalqlar Dostluğu Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri, elmlər doktoru Qalina Kojevnikova deyib.

Həkimin sözlərinə görə, siqaret çəkənlərdə xəstəliyin temperatur və əzələ ağrısı kimi bəzi əlamətləri daha az dərəcədə özünü göstərə bilər, ancaq ağciyərlərin zədələnməsi daha güclü olur.

O, qeyd edib ki, tənəffüs sisteminin zədələnməsi üzündən koronaviruslu siqaret çəkənlərin xəstəxanaya daha ağır vəziyyətdə qaldırılma ehtimalı daha yüksək olur.

Ekspertin sözlərinə görə, bu asılılığı olanlarda hər hansı bir ağciyər xəstəliyi siqaret çəkməyənlərə nisbətən daha ağırdır. Həkimin sözlərinə görə, nikotin heç bir infeksiya olmadan istehlak edildikdə, ağciyərlərdə mənfi dəyişikliklər baş verir, çünki zəhər üzündən oksigen doyma prosesinin baş verdiyi damarlar və alveolalar əziyyət çəkirlər. Bu baxımdan hətta “siqaret çəkənlərin bronxiti” kimi bir xəstəlik də mövcuddur./Qaynarinfo/