Elnarə görünüşü ilə hər kəsə şok yaşatdı – FOTOLAR

Müğənni Elnarə Xəlilova fərqli obrazı ilə hər kəsi təəccübləndirib.

Yenicag.az xəbər verir ki, o, yeni çəkdirdiyi “Sonuncu zəng” adlı klipində 20 il əvvəlki obrazını təkrarlayıb. Bu da təqdimat mərasiminə qatılan qonaqların marağına səbəb olub. “Olmaya, əvvəlki dəlisov, şıltaq Elnarə obrazına qayıdırsınız” sualını sənətçi belə cavablandırıb:

“Yox, qayıtmaq fikrim yoxdur. Onda mənim 20 yaşım vardı, indi dörd uşaq anasıyam. Bu sadəcə bir obrazdır, 19-20 yaşında olan Elnarəni tamaşaçılarıma xatırlatmaq istədim. Heç bir müğənnidə dəlisov, şıltaq obraz yoxdur. O şıltaq Elnarə tarixdə də qaldı. Məni ona görə arzulayırlar ki, məndən yoxdur”.

Qeyd edək ki, söz və musiqisi ProMeteyə, montaj Xəqani Əliyevə məxsus olan klipin rejissoru Nail Naiboğlu, operatoru Ruslan Ağazadədir. Tarda ifa Nurlan Cəfərliyə məxsusdur. Prodüser Rəşad Məmmədov, PR meneceri Ümidə Həsənlidir. Çəkilişlər Bakıda və Atçılıq Federasiyasında aparılıb.

Cəvahir