Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Elnarə kimə ÇAĞIRIŞ ETDİ? – “Lağ edib, eyib açmayın”

Müğənni Elnarə Xəlilova başqalarına lağ edib eyiblərini göstərən, qəlb qıran insanlara səslənib.

Yenicag.az xəbər verir ki, sənətçi onları günah iş görməkdən çəkindirməyə çalışaraq, düz yola çağırıb.

“Fərqi yoxdur, necə görünürsünüzsə görünün, yaşlı, cavan, kök, arıq, sadə, yaxud qlamur. Bir şeyi heç zaman yadınızdan çıxarmayın: Allah bu ömrü bizə yaşamaq üçün verib. Sağlam və rahat yaşamaq üçün.

Ona görə də, əgər sağlam və rahat yaşamaq istəyirsizsə, həyatınızdakı neqativlərdən, kindən, paxıllıqdan, kədərdən uzaq olun. Kiçik şeylərlə xoşbəxt olmağı bacarın. Üzünüzdən təbəssümü əskik etməyin. Mehriban olun, qəlb qırmayın, haqq yeməyin, lağ etməyin, eyib açmayın. Heç kəsə yuxarıdan aşağı baxmayın. Çünki bunu yalnız Allah edə bilər. Evdə yaşlı ana və nənələrinizin, xala və bibilərinizin, ata və babalarınızın, əmi və dayılarınızın qədrini bilin. Əyninizə nə rahatdırsa, onu geyinin. Sizə necə rahatdırsa, elə yaşayın. Yetər ki, sağlam və xoşbəxt olasız”.

Cəvahir

www.yenicag.az

231
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100