Elnarə: “Toydan 3 ay sonra xəbər yayıldı ki…”

Müğənni Elnarə Xəlilova şəxsi həyatından danışıb.

Yenicag.az xəbər verir ki, o, həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib.

“Kiminsə haqqı-halalı, həyat yoldaşı olanda həmin çərçivə daralır” deyən Elnarə ərinə tərif yağdırıb:

“Rövşən sərt görünür, amma mülayim insandır. Mən ər çörəyi yeyirəm. Bundan gözəl xoşbəxtlik yoxdur. Rövşən məndən çox qazanır. Biz ailə quranda hamı deyirdi ki, çox çəkməyəcək. Hətta toydan 3 ay sonra xəbər də yayıldı ki, ayrılmışıq. Amma mən sübut etdim ki, ailə və sənəti bir yerdə idarə etmək mümkündür”.

Müğənni bu fikirləri rejissor Nail Naiboğlunun “Youtube”da yayımlanan “21 sual” layihəsində səsləndirib.

Nehru