Elnarədən 2 milyonluq sığorta iddiası: “Kimdən əskiyəm?”

Deyəsən, bizim müğənnilər də dünya ulduzlarından geridə qalmaq fikrində deyil. Müğənni Elnarə Xəlilova da saçlarını və səsini sığorta etdirmək fikrindədir.

Yenicag.az-a açıqlama verən sənətçi saçına və səsinə, nə az, nə çox bir milyon manat qiymət oxuyub:

“Dünya ulduzlarından nəyim əskikdir? Mən də səsimi və saçlarımı sığortalamaq istərdim. Mənim saçım nadirdir, hər kəsdə beləsi yoxdur. İllər öncə məşhur şampun brendlərindən birinin reklam siması seçilmişdim. Saçım müxtəlif vaxtlarda gah uzun, gah da qısa olub. Uzadıram, sonra korlayıb kəsdirirəm, sonra yenidən uzadıram. Nadir saç olduğu üçün qiyməti də bahadır. Onları 1 milyon manata sığorta edəcəm. Səsimə gəlincə, onun da qiyməti 1 milyondur. Demək, ikisi bir yerdə 2 milyon edir. Bəlkə də çox edər, mən hələ az dedim….”.

Cəvahir