!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnarənin polis bölməsinə aparılması xəbərinə bacısıoğlundan REAKSİYA

!Reklam – Yazi

“Bu xəbəri kim yayıb? Bunu polis deyib? Boş söhbətlərdir, elə şey olmayıb. Elnarə xanım indi çəkilişdədir”.

Əməkdar artist, muğam ustası Elnarə Abdullayevanın karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı xəbəri müğənninin yaxınları təkzib edib.

Yenicag.az məsələni dəqiqləşdirmək üçün müğənniyə zəng edib. Telefona cavab verən bacısıoğlu Şahin Miriyev belə hadisənin baş vermədiyini bildirib.

Qeyd edək ki, Axar.az-ın xəbərinə görə, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib. Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

Müğənni dəfələrlə keçmək üçün cəhd göstərsə də, mümkün olmayıb.

Cəvahir

www.yenicag.az

1289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv