Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Elnur Abbaszadə seçki qərargahında görüşlərin davam etdirir.
Yenicag.az xəbər verir ki, qərargahda seçici aktivliyi müşahidə olunur. Elnur Abbaszadə qərargahda seçiciləri ilə bir araya gəlib onlarla səmimi söhbətlər edib. Onların səsləndirdiyi problemləri dinləyib. Görüşdə seçicilərin qaldırdığı məsələləri seçki qərargahının könüllüləri qeydə alıb.
Elnur Abbaszadə öz növbəsində səsləndirilən problemlər istiqamətində onlara əlindən gələn köməkliyi edəcəyi və müvafiq tədbirlərin aparılacağını qeyd edib.
Sonda seçicilərin hamısı fevralın 9-da Elnur Abbaszadəyə səs verəcəklərini bildiriblər. Həmçinin seçicilər Sumqayıtın ən favorit və ən layiqli namizədi Elnur Abbaszadə olduğunu deyiblər.