Elnur Allahverdiyev seçiciləri ilə görüşlərini davam etdirir – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçiciləri ilə görüşlərini davam etdirir.

Yenicag.az xəbər verir ki, bununla bağlı Elnur Allahverdiyev “Facebook” səhifəsində paylaşım edib.

Budəfəki görüş Yasamal rayonu Zərgərpalan küçəsinin sakinləri ilə olub.

Deputatlığa namizəd sakinlərin problemlərini dinləyib, onları seçki platforması ilə tanış edib.