!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Aslanovun bacanağı rektor təyin olunur?

!Reklam – Yazi

Elnur-Ceyhun7news.az saytının yaydığı məlumatda iddia edilir ki, Elnur Aslanovun bacanağı, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev “fətullahçı”ların yeni mənbəyinin formalaşdırılması üçün ciddi səylə çalışır.

Məlumatda qeyd edilir ki, Memarlıq və İnşaat Universitetində dekan işləmiş Yaqub Piriyev nazirliyin əməkdaşı olduqdan sonra Akreditasiya Komissiyasının sədri kimi universitetdə olmuş və nəticədə ən aşağı balla qiymətləndirilmişdir. 3.5.

Məlumatda o da qeyd edilir ki, strateji planın tərkib hissəsinə Memarlıq və İnşaat Universiteti ilə Texniki Universitetin birləşdirilməsi və Yaqub Piriyevin nazirin təqdimatı ilə rektor təyin edilməsi məsələsi daxildir.

Məlumatda qeyd olunur ki, planın həyata keçməsini ləngidən əsas faktor Havar Məmmədov və Gülçöhrə Məmmədovanın nüfuzu ilə bağlıdır. Eyni zamanda qeyd olunur ki, deputat olmaq imkanını qaçırmaq istəməyən bəzi rektorlar öz vəzifələri ilə vidalaşmaq məcburiyyətində qalıblar. Bu faktı da gözdən keçirən Yaqub Piriyev şansı əldən vermək niyyətində deyil.

Azərbaycan Müəllimlər İnstitutunu strateji hədəf olaraq seçən Yaqub Piriyev FETÖ üçün yeni müəllimlər “yetişdirmək” niyyətindədir.

Mövzunu diqqətdə saxlayacağıq.

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv