Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elnur Aslanovun daha bir biznesi üzə çıxdı - FOTOFAKT

Prezident Administrasiyasının sabiq şöbə rəisi, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada da biznes qurub.

Yenicag.az xəbər verir ki, FETÖ terror şəbəkəsinin Azərbaycan üzrə “gənclər imamı” olmaqda ittiham olunan Elnur Aslanovun Almaniyada qurduğu biznes haqda məlumatı tanınmış jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində yayımlayıb.

Məlumatda deyilir:

“Elnur Aslanov “ALKEL INSHAAT SANAYE VE TIJARET AG” şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb.

Prezident Administrasiyasının keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir.

Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir. Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir”.

Cavanşir Həsənli bundan əvvəl Elnur Aslanovun Amerika və Səudiyyə Ərəbistanında biznes qurduğu, “PayZəkat” ödəmə sistemi yaradaraq ianələr yığması barədə də məlumat yayıb.

www.yenicag.az

2750