!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Aslanovun YAP namizədi olan kadrı beyləqanlıları qəzəbləndirdi

!Reklam – Yazi

25555YAP-ın namizədi Şahin İsmayılov Beyləqanda sosial problemlərin həddindən artıq çox olduğunu dilə gətirməklə yerli YAP-çıları qəzəbləndirib

70 minlik maşınla seçicilərinin görüşünə gedən ATGT sədrinin hakimiyyətin kursunu tənqid etməklə yanaşı fətullahçılarla əlaqəli olmasıyla da diqqət çəkir. 81 saylı Beyləqan Seçki Dairəsindən hakim partiyanın namizədi kimi seçkilərə qatılan Şahin İsmayılovun Beyləqan rayonunda görüşləri davam edir.

AzMedia.info ötən gün Şahin İsmayılovun seçki təbilağı təşviqatı çərçivəsində Beyləqan rayonunun Örənqala və Günəşli kəndlərdindəki görüşləri ilə bağlı məlumat vermişdi. Həmin məlumatda qeyd etmişdik ki, Şahin İsmayılovun görürşələrinə kənd camaatı deyil orta məktəbin şagirdləri və müəllim heyəti məcbur qatılıblar. Bir neçə kənd ağasaqqalı isə onlara “bələdçilik” edib.

34343434343Şahin İsmayılov Örənqala, Günəşli, Yuxarı Aran və digər kəndlərdəki görüşlərdə hakimiyyətin dəyişdirilməsi barədə verdiyi bəyanatlarla yadda qalıb. Belə ki, Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri, nurçularla olan əlaqələrinə görə  vəzifəsindən uzaqlaşdırılan Elnur Aslanovun dostu Şahin İsmayılov seçicilərlə görüşündə , “ölkədə bütün hakimiyyət gənclərə verilməlidir”, “ölkədəki sistem gəncləşdirilməlidir”, “mən burada ölkə gəncliyini təmsil edirəm”, kimi şüarlar irəli sürüb. Namizəd həmçinin hazırda fəaliyyətdə olan komandanı da tənqid etməkdən çəkinməyib.

81 saylı Beyləqan Seçki Dairəsindən hakim partiyanın namizədi Şahin İsmayılov hazırkı hakim komandanı tənqid etməklə yanaşı, Beyləqanda ciddi problemlərin olduğunu da dilə gətirib. O seçicilərə bildirib ki, hazırda Beyləqanda ciddi sosial problemlər var və bu problemlər uzun müddətdir ki, öz əhllini tapmır. Şahin İsmayılov bildirib ki, o, deputat seçiləcəyi təqdirdə bu problemlərin həlli ilə məşğul olacaq.

Qeyd edək ki, Şahin İsmayılovun bu çıxışı rayondakı əksər  YAP-çılar tərəfindən ciddi etirazla qarşılanıb. Hətta hakim partiyanın rayon təşkilatının bəzi nümayəndələri namizədin bu “populist” çıxışını partiyanın və hakimiyyətin uğurla yürütdüyü siyasətə qarşı bir təxribat olaraq dəyərləndiriblər.

Mənbəmiz  iddia edir ki,YAP-ın namizədi təşviqat kampaniyasına qatılmamışdan bir neçə gün öncə, Beyləqan rayonuna səfər etdiyi zaman onun ətrafında məhz Elnur Aslanovun adamları olublar. Bu isə Şahin İsmayılovun hələ də Elnur Aslanovla yaxın münasibətlərinin olduğunu göstərir.

Qeyd edək ki, Şahin İsmayılov Beyləqandakı seçkilərə özünün 70 min manat dəyərində son model “FORD” avtomobili ilə qatılıb. ATGT sədrinin bu qədər bahalı avtomobili necə alması isə qaranıq məsələdən xəbər verir. Ən azından hakimiyyəti tənqid edən və Beyləqanda sosial problemlərin olduğunu dilə gətirən hakim partiayanın namizədi 70 minlik maşını hansı gəliri ilə aldığını seçicilərinə bəyan etsə, bir çox məsələlərə də aydınlıq gətirmiş olar.

Onu da bildirək ki,Şahin İsmayılov hərbi xidmətdədə olmyıb və  Elnur Aslanovun dəstəyi ilə ATGT-yə ayrılan külli miqdarda vəsaitlərin xərclənməsində çoxlu şübhəli məqamlar olduğu bildirilir. /Azmedia.info

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

964
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv