Elnur Əşrəfoğlunun vəziyyəti ilə bağlı AÇIQLAMA

Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlunun səhhətində dəyişiklik yoxdur.

“Yeni Klinika”dan Yenicag.az-a verilən məlumata görə, E.Əşrəfoğlunun vəziyyəti ağır ktirik olaraq qalmaqdadır.

Xatırladaq ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.