“Ağıllı kənd” layihəsini reallaşdırmaq üçün çox sürətli mobil internet xətləri çəkilməlidir”.
Ötən ay prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının tətbiq olunması barədə tapşırıq verib.
Bu infrastukturun qurulması üçün Yaponiya, İtaliya, Böyük Britaniya və digər ölkələrin şirkətlərilə əməkdaşlığın baş tutacağı gözlənilir.
Əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a müsahibəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının əhəmiyyətini şərh edib.
Ekspert hesab edir ki, sözügedən layihənin həyata keçirilməsi iqtisadiyyatla yanaşı, sosial rifahın yüksəlməsində də müsbət təsirə malik olacaq.
Elnur Fərzəliyevlə videomüsahibəni təqdim edirik:
Gülşən Şərif