Elnur Hüseynov “Avroviziya” müsabiqəsini yerdən-yerə vurdu: “Boş-boşuna pullar xərclənir” – VİDEO

Müğənni Elnur Hüseynov Türkiyənin məşhur musiqiçisi Emre Yücelenin “Youtube” layihəsinə qonaq olub.

Yenicag.az xəbər verir ki, iki dəfə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov sözügedən yarışmanı sərt tənqid edib.

Müğənni Avropanın ən nüfuzlu mahnı müsabiqəsini “mənasız layihə” kimi dəyərləndirib:

“O səs Türkiyə” layihəsindən sonra yenidən “Avroviziya”da çıxış etməyimi təklif etdilər. Oranın da qaydaları çox fərqdidir, istəmədim gedim. Heyət insana müdaxilə edir. Söz verirsən, məcbursan o sözü tutasan.

Bəzən qulağına deyirlər ki, sənə sual verəcəklər, onu bu cür cavablandır. Yersiz suallar verilir, məcbursan bir neçə dəfə cavablandırasan.

Bezirdim. Konsert çox mənasız idi, ölkələr bir-birinə səs verir, boş-boşuna pullar xərclənir, nələr-nələr olur…

Mən ikinci dəfə müsabiqəyə qatılanda hər şeyi tamamilə anladım. Öz seçimimi edə bilmirdim, çünki dörd mahnı verdilər ki, birini seçməlisən. Çətinliklə seçdim və o mahnının da üzərində işlədim, çıxdım səhnəyə. Orda çox streess keçirdim.

Ukrayna təmsilçisi Camala birinci yerə çıxdı. Heyətdən çox şey asılıdır. Əgər heyət sənə rahatlıq verməyəcəksə, qaydalara tabe olmağa məcbur edəcəksə, o zaman proleməlrlə üzləşəcəksən”.

Müğənni “O səs Türkiyə” yarışmasının karyerasında mühüm rol oynadığını bildirib:

“Beş ildir ki, efirlərə çıxmıram, yoxam. Lakin insanlar harda görür, yaxınlaşır, maraqlanır, soruşurlar ki, niyə efirlərə çıxmırsan”.

Qeyd edək ki, Elnur Hüsyenov-Samir Cavadzadə dueti 2008-ci ildə “Avroviziya” mahnı müsabiqəsində “Day After Day” mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olub. Onlar müsabiqədə 8-ci yeri tutublar.

Elnur “Avroviziya” müsabiqəsindən sonra bir müddət Ukraynada fəaliyyət göstərib. O həmçinin Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib.

Müğənni 2014-2015 mövsümündə TV8 kanalında yayımlanan “O Səs Türkiyə” müsabiqəsinin qalibi olaraq, karyerasında ın böyük uğura imza atıb.

“Avroviziya-2015”də yenidən Azərbaycanı təmsil etmək hüququ qazanan Elnur təqdim etdiyi “Hour Of The Wolf” mahnısı ilə 12-ci olub.

Cəvahir

COP29