!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnur Məmmədlinin bacısı oğlu çempion oldu - Almaniyada -Foto

!Reklam – Yazi

Almaniyanın paytaxtı Berlində gənc cüdoçuların Avropa kubokuna start verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçuları oğlanların mübarizəsinin ilk günündə iki medal qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov rumıniyalı Alin Albu, braziliyalı Kaynan Pires, hollandiyalı Tim Banen və belçikalı Naufal Ez Zerrada qalib gələrək, yarımfinala yüksəlib. Fransalı Vend-Yam Romarik Boudanı da məğlub edən Hüseynov finalda rusiyalı Ramazan Abdullayevi də üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yaqub Cavadov isə 66 kq çəki dərəcəsində uğur qazanıb. Almaniyalı Marat Nikita Pak və gürcüstanlı Giorgi Liparteliani üzərində qələbələrdən sonra idmançımız türkiyəli Çengizhan Dönməzə məğlub olub. Təsəlliverici görüşlərdə hollandiyalı Stevan Kyelman, türkiyəli Uğurcan Zehir, italiyalılar Samuele Faskinato və Luici Brudettiyə qalib gələn Cavadov Avropa kubokunun bürünc mükafatçısı olub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, qızıl medal qazanan gənc cüdoçumuz Kəramət Hüseynov eyni idman növü üzrə Olimpiya çempionumuz Elnur Məmmədlinin bacısı oğludur.

Yenicag.az

 

www.yenicag.az

1662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv