Elon Mask “Apple”ə savaş elan etdi – FOTO / VİDEO

“Twitter”in yeni sahibi İlon Mask dünyaca məşhur texnologiya nəhəngi “Apple”a savaş elan etdiyini bəyan edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Mask “Apple” tərəfindən təhdid edildiyini ifadə edib:

“”Apple” “Twitter”i “App Store”dan silməklə təhdid edir, lakin səbəbini açıqlamırlar. “Apple” “Twitter”də reklam verməyi də uzunmüddətli dayandırıb. Onlar Amerikada söz azadlığına nifrət edirlər? Burada nə baş verir?”, – deyə İlon Mask “Apple”ı hədəf alan tvitlər paylaşıb.

Bununla kifayətlənməyən amerikalı milyarder, LBRY-nin hesabındakı bir tvitdən sitat gətirərək, “Apple”ın COVID-19 virusunun tüğyan etdiyi dövrdə platformanın axtarış filtrlərinə müdaxilə etdiyini qeyd edib. Mask, “”Apple” başqa kimləri senzura etdi?” – , deyə vurğulayıb.

“Epic Games”in “Twitter”i tənqid etdiyi bir videoya istinad edən Mask, “Apple müştərilərinə təsir edən bütün senzura hərəkətlərini ictimailəşdirməlidir?” sualı ilə “Bəli/Xeyr” sorğusu açıb.

Bununla kifayətlənməyən “Twitter”in yeni sahibi kripto və maliyyə xəbərlərini dərc edən “Watcher Guru”nun tvitindən sitat gətirərək, “Bilirdinizmi ki, “Apple” gizli şəkildə “App Store”dan aldığınız hər şeyə 30 faiz vergi tətbiq edir”.