Elşad İskəndərovun qayınları işdən çıxarılacaq?

Ceyhun Bayramovun ildırımsürətli yüksəlişində hansı faktorlar rol oynadı?
PicsArt_1399277601863

Elnur Aslanovun işdən çıxarılması ilə başlayıb Elşad İskəndərovun göndərilməsi ilə davam edən “şəbəkə təmizləmə” prossesi başqa nazirliklərdə də davam etdiriləcək. Azerinfo.org-a daxil olan məlumata görə, dövlət içində öz hakimiyyətini qurmaq istəyən qrupun başqa dövlət strukturlarındakı adamları da araşdırılır. Bu məsələdə xüsusilə qohumluq-dostluq əlaqələrinə nəzər yetirilir. Və eyni zamanda bu şəxslərin ABŞ ilə münasibətləri də ciddi araşdırma mövzusudur.

Elşad İskəndərovun “vurulması”ndan sonra Təhsil və Maliyyə nazirliklərində də “təmizlik” olacaq. Belə ki, əksər nazirliklərə “sızan” qrupun bu nazirliklərdəki əsas adamları Bayramov qardaşlarıdır. Xüsusilə, təhsil sektoruna nəzarəti heç bir şəkildə əldən vermək istəməyən qrupun Ceyhun Bayramovla əlaqəli olduqları iddia olunur.

Azərbaycanda Amerika Ticarət Palatasının Gömrük Komitəsinin həmsədri vəzifəsində də calışan Ceyhun Bayramov 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Nə hikmətdirsə, çox qısa müddət ərzində Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub. Yəni Ceyhun Bayramovun bir an öncə nazirlikdə ipləri öz əlinə keçirməsinə çalışan qrupun səbri uzun müddət dayanmağa çatmayıb və nazirə təqdimatı yazdırılıb.

Mikayıl Cabbarovun yeniyetməlik, dostu məşhur “Çto? Qde? Koqda?” yarışmasında bir komanda da mübarizə apardıqları Ceyhun Bayramov köhnə nazir getdikdən sonra Təhsil Nazirliyində zəifləyən şəbəkənin gücünü yerinə gətirib.

Sabiq komitə sədri Elşad İskəndərovun qaynı olan Ceyhun Bayramovun bir qardaşı da Maliyyə nazirinin müavini Azər Bayramovdur.

COP29