“…Elşad Miri edam oluna bilər”

elsad miriAzərbaycan sələfilərinin lideri kimi tanınan Qamət Süleymanovun ən yaxın adamlarından biri kimi tanınan Useyd Turabov Elşad Mirinin əleyhinə video hazırlayıb.

Yenicag.az Ölkə.az-a istinadən xəbər verir ki, Qamət Süleymanovun qardaşı Yaşar Süleymanov, daha sonra Kamal Hüseyn adlı sələfi bu antitəbliğata qoşulub. Qamət Süleymanov da Elşad Mirinin ilahiyyatçı deyil, jurnalist adlandıraraq tərəfdarlarını ondan uzaq olmağa çağırıb.

Useyd Turabovun videosu isə daha təhlükəlidir. Çünki həmin səs yazısında xəbərdarlıq kimi səslənən məqamlar öz əksini tapıb. Belə ki, Useyd Turabov Elşad Mirinin bu fikirlərinə görə, əgər Səudiyyə Ərəbistanında olsa, həbs ediləcəyini, sonra tövbəyə dəvət ediləcəyini, tövbə etmədiyi təqdirdə isə edam edilə biləcəyini bildirib.

Digər Mədinə tələbəsi Ramil Soltanov ona məxsus olan youtube kanalında həmin materialları yayaraq tərəfdarlarına ismarıc göndəriblər.

Həmin videonu sizə təqdim edirik: