!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elşad Musayev: “Prezident çıxışında ilk dəfə bu qədər dəqiq şəkildə bəyan etdi ki...” –  VİDEO

!Reklam – Yazi

“Azərbaycan prezidentinin yerli telekanallara son müsahibəsində səsləndirdiyi bır sıra fikirlər xüsusilə, mühüm və əhəmiyyətli idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində toxunduğu vacib məqamlara münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayevin sözlərinə görə, dövlət başçısının verdiyi mesajlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün müharibəyə başlayacağına yönəlik qənaəti daha da möhkəmlədib:

“Prezident bu müsahibəsində bəzi vacib məqamlar haqqında bəlkə də ilk dəfə bu qədər dəqiq və aydın fikir bildirdi. Onun xüsusilə, Qarabağ danışıqlarının dayandırılması və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi haqda fikirləri Qarabağda müharibənin başlayacağını söyləməyə tam əsas yaradır.

Hesab edirəm ki, prezidentin bu qətiyyətli mövqeyi yaranmış vəziyyətin reallığından və əlbəttə ki, Türkiyə hərbi kontingentinin Azərbaycanda yerləşməsindən qaynaqlanır.

Bütün hallarda prezidentin həm haqqında danışdığımız, həm də digər fikirləri mühüm və əhəmiyyətli idi”.

Aqil Bəkir

www.yenicag.az

2492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv