Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlunun 1 noyabr 2015-ci il tarixində keçiriləcək 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizədliyi rəsmən qeydə alınıb.
Qeyd edək ki, Nəcəfov Elşən Hökumət oğlu Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” faültəsində magistr təhsilini alıb.
Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri “Oxu-magiya” kitabında toplanıb.