Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elton Məmmədovun AMEA-da “REABİLİTASİYASI”: Ramiz Mehdiyev keçmiş deputatı niyə “dirildib?”

Reklam: Sinerji Pro

Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən həmən sonra başlayan və bütün sahələri əhatə edən dərin islahat dalğası ölkənin tamamilə yeni keyfiyyət mərhələsinə daxil olmasına əsaslı zəmin yaratdı. Məhz həmin seçkilərin ardınca həyata keçirilən ciddi struktur islahatları, çoxdan gözlənilən kadr dəyişiklikləri və rotasiyası, idarəetmənin təkmilləşdirilməsi, qanunvericilik bazasının yeni tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlar “dövlət maşını”nı xeyli çevikləşdirdi.

Bu dəyişikliklər dalğasında diqqəti daha çox cəlb edən və geniş ictimai müzakirələrə səbəb olan addımlar sırasında ötən əsrdən qalma yüksək məmurların istefaya göndərilməsi və “yeni qan” sayılan kadrların idarəetməyə cəlb edilməsi xüsusi yer tutur.

Məhz bu addımların sayəsində az qala əsrin dörddə biri müddətində Prezident Administrasiyasının (daha əvvəl Prezident Aparatı) rəhbəri olan, vəzifədə olduğu illərdə qazandığı “Boz kardinal” imicinə uyğun olaraq, dövlət idarəetmə mexanizmini öz maraqları əsasında “ayarlayan” Ramiz Mehdiyev istefaya göndərildi. Mehdiyevin Administrasiyadan uzaqlaşdırılmasının məntiqi davamı kimi, onun yüksək postlara yerləşdirdiyi sadiq kadrların da əksəriyyətinə eyni aqibət yaşadıldı.

Bununla belə, Prezident Administrasiyasının rəhbəri postundan çıxarılsa da, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti təyin olunan Mehdiyev vaxtilə malik olduğu təsir rıçaqlarını əlində saxlamaq üçün ehtiyat planlarını dövrəyə salaraq, nəzarətindəki “kadr bazası”nı da yeniləməyə başladı. Onun bu sırada üzə çıxardığı və nümayişkar şəkildə “mənim adamımdır” kimi göstərməyə çalışdığı əsas kadrı isə özünü cəmiyyətə neqativ planda yetərincə tanıtmış keçmiş deputat, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov oldu.

Mehdiyevin bu seçimi bəziləri üçün gözlənilməz olsa da, ətrafında formalaşdırdığı komandanın yıprandığı bir vaxtda onun məhz Elton Məmmədova güvənərək, yanına aparması heç də gözlənilməz olmadı. Çoxlarına məlumdir ki, Mehdiyevlə Məmmədovun münasibətlərinin sanballı tarixi var və keçmiş deputatın yüksəlişi birincinin böyük dəstəyi sayəsində baş tutub. O baxımdan, Mehdiyevin yeni dönəmdə Məmmədova etimad etməsi təəccüb doğurmamalıdır.

Prezident Administrasiyasının sabiq rəhbərinin qürubu ilə “günəşi təkrar doğan” Elton Məmmədovun reputasiyası haqda uzun danışmağa ehtiyac yoxdur. Adam deputat mandatı daşıdığı dönəmdə medianın diqqətini yalnız mənfi planda cəlb edib. Digər tərəfdən, keçmiş deputatın oğullarının, xüsusilə, Aynar Məmmədovun harın davranışları Elton Məmmədova yönəlik münasibəti daha da pisləşdirib, onu tez-tez izahat vermək məcburiyyətinə gətirib. Yeri gəlmişkən, mənbəyi naməlum milyonlar hesabına yaşadığı dəbdəbəli həyatını sosial şəbəkələrdə həvəslə reklam edən Aynar sərxoş vəziyyətdə maşın idarə etdiyinə və jurnalistə qarşı fiziki güc tətbiqinə görə məsuliyyətə də cəlb olunub. O da qeyd edilməlidir ki, Elton Məmmədovun və oğullarının məlum davranışları nazir işlədiyi dövrdə Ziya Məmmədovu da dəfələrlə pis vəziyyətə salıb.

O baxımdan, Ramiz Mehdiyevin məhz Elton Məmmədov kimi cəmiyyətdə nifrətlə yad edilən bir fiqura güvənməsi qanunauyğunluq kimi qəbul olunmalıdır. Məmmədovun 2020-ci iln yanvarında AMEA-nın İşlər idarəsinin müdiri, cəmi 1 il sonra isə Radiasiya Problemləri İnstitutunun baş direktoru təyin edilməsi Mehdiyevin ona verdiyi önəmin göstəricisi hesab olunmalıdır.

Əlbəttə, Azərbaycandakı “5-ci kolon”un əsas dayağı sayılan Ramiz Mehdiyevin dövlət maraqlarına zidd fəaliyyətini davam etdirmək üçün Elton Məmmədovu bu sayaq görəvləndirməsi keçmiş deputatın iradəsi ziddinə ola bilməz. Hər halda, çoxillik karyerası ərzində dövlət və xalq adına hər hansı müsbət işi ilə xatırlanmayan Məmmədovun antimilli planlarda iştirakı onun öz seçimidir. Dövlət üçün son dərəcə həssas bir dönəmdə başında Mehdiyevin olduğu “5-ci kolon”un əsas fiqurlarından birinə çevrilən Məmmədovun bu “yüksəlişi” diqqətdən kənar qalmamalıdır.

Unutmayaq ki, “bəlkə də qaytardılar” havasına düşən bu revanşistlərin əsas hədəfi Azərbaycan dövləti və xalqıdır.

Loading...

www.yenicag.az

867
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100