Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.
R.Mehdiyevin digər əmri ilə “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə, AMEA-nın müşaviri, akademik Əli Abbasov təyin edilib.
Akademiyadan bildirilib ki, E.Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək./Unikal.org/