Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının müzakirəsi keçirildi – Foto,Video

1479116582_tigrabbnnBugünlərdə tanınmış yazar, İsveçrədə yaşayan azərbaycanlı xanım Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının geniş müzakirəsi keçirildi.

Müzakirədə tanınmış professorlar, yazarlar, QHT və media nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan kitabın müəllifi, tanınmış yazar, İsveçrədə yaşayan azərbaycanlı xanım Eluca Atalı kitab haqqında qonaqlara ətraflı məlumat verdi. Əsas məqsədi erməni xislətinin dünyaya çatdırılması olduğunu deyən E.Atalı bu istiqamətdə daha sistemli fəaliyyət göstərməyin vacibliyini vurğuladı.

Sonra kitabın redaktoru, əməkdar jurnalist Əntiqə Qonaq çıxış edərək kitabın strateji əhəmiyyətindən danışdı. Sonra Duzunu Atalı çıxış edərək kitab haqqında dəyərli fikirlər söylədi. Elli Atayurd isə tarix boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlardan danışdı.

Daha sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, BDU-nun professoru Tərlan müəllim, Xocalıya Ədalət və tanıtım cəmiyyətinin sədri Şamil Sabiroğlu, Xocalı icra başçısının müavini Xəlil bəy, jurnalist Firuzə Əsədulayeva kitabın əhəmiyyəti haqqında danışdılar.