Əlverişsiz hava səbəbindən Bakı-Tbilisi aviareysləri gecikmə ilə yerinə yetirildi

Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın J2-9237 və aviaşirkətin tərkibinə daxil olan “Buta Airways”in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

“Azərbaycan Hava Yolları” QSC-dən Yenicag.az-a verilən məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.