Elxan Abdullayev istefa verdi

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan milli komandasındakı işini başa vurub.

Yenicag.az xəbər verir ki, 47 yaşlı mütəxəssis daha yığmanın baş məşqçisi Robert Prosineçkinin köməkçisi vəzifəsində çalışmayacaq. Abdullayev bu gündən yalnız “Neftçi”də fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Neftçi” ötən mövsümün yekununda 7-ci yeri tutsa da, klub rəhbərliyi baş məşqçi ilə müqaviləni uzadıb.

Yenicag.az