Elxan Məmmədov İcraiyyə Komitəsinə seçilmədi

Bu gün UEFA-nın növbəti konqresi keçirilib.

Yeniçağ.az xəbər verir ki, qitə futbol qurumunun ən ali təbdbirində UEFA İcraiyyə Komitəsinə seçkilər də keçirilib.

AFFA-nın baş katibi Elxan Məmmədovun da namizədliyini irəli sürdüyü seçkidə 11 federasiya rəsmisi 8 vakant yer üçün mübarizə aparıb. Məmmədov 24 səs toplayaraq, İcraiyyə Komitəsinə seçilən 8 namizəd arasına düşə bilməyib.

Yeniçağ.az