Elxan Məmmədov İstanbulda keçirilən UEFA-nın baş katiblər toplantısında

Türkiyənin İstanbul şəhərində UEFA-ya üzv ölkələrin milli assosiasiyalarının baş katiblərinin toplantısı keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıya AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb. Ümumilikdə 55 üzv ölkənin təmsilçiləri Aleksander Çeferin ikinci dəfə UEFA prezidenti seçildikdən sonra ilk dəfə bir araya gəliblər.

Toplantıda Avropa futbol qurumunun yeni dövr üçün strategiyası müzakirə olunub.

Qeyd edək ki, Aleksander Çeferin ikinci müddətə UEFA prezidenti vəzifəsinə fevralın 7-də seçilib./Report/

COP29