Elxan Məmmədova yeni vəzifə verildi

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.

Yenicag.az-ın məlumatına görə, bu, Bakıda keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında gerçəkləşib

Artıq bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub. E.Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.