!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elza deputatlığa namizəd olacaq: "Meşə çaqqalsız olmaz”

!Reklam – Yazi

“Düşünürəm ki, Brilliant xanım ümumiyyətlə dünyada olan rüşvətə qarşı oxudu. Təəssüf ki, bəzən bunu başqa yerə yozanlar da tapılır”.

Yenicag.az xəbər verir ki, bunu müğənni Elza Seyidcahan “Yeni Müsavat”a həmkarı Brilliant Dadaşovanını rüşvətxor məmurlar üçün yazdığı mahnıya münasibət bildirərkən deyib.

O, bildirib ki, pis məmurlarla yanaşı dövlətin, xalqın qayğısına qalan məmurlar da var. Onları vəzifəyə gətirəndə ümid edirlər ki, xalqın, dövlətin qayğısına qalacaqlar:

“Buna əməl edən olduğu kimi, etməyən də var. El arasında belə bir söz var, “meşə çaqqalsız olmaz”.

O ki, qaldı mənə, ümumiyyətlə diqqət yetirəndə görərsiniz ki, bütün şeirlərimdə tənqid var”.

Elza növbəti parlament seçkilərində namizəd olacağını da qeyd edib:

“Niyə də olmasın? İnanıram ki, mən də buna nail olaram, vətənimə, dövlətimə xidmət edərəm. Əgər xalq məsləhət görərsə, seçərsə bunu özümə borc bilərəm.

Zamanında görkəmli bəstəkarımız Qara Qarayev və digər tanınınmış bəstəkar, musiqiçilərimiz də deputat olub, millət vəkili seçilib”.

www.yenicag.az

8210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv