Elza od püskürdü: “Mənə dəli deyənin nəslini…”

Müğənni Xatirə Xəzər televiziyasının “Hər şey daxil” verilişində əməkdar artist Elza Seyidcahanın “Tikim sənin ağzını” şeirinə lağ edib. O, eyni zamanda, Seyidcahanın Damla ilə bağlı söylədiklərinə münasibət bildirərək belə deyib: “Kimisə söyür, sonra da onu evinə qonaq çağırır, belə adamlara dərinə getmək olmaz”.

Yenicag.az-a açıqlama verən E.Seyidcahanın həmkarının sözlərinə reaksiyası belə olub:

“Xatirə dünyasında belə söz deməz. O mənim şeirlərimi bəyənir. Hətta mənə dahi də deyir. Xatirə mərd qızdır, mənə dəli deyənlərin nəslini dəli adlandırıb. Qaldı ki, Damlanı söyüb, sonra evimə qonaq çağırıb, mahnı verməyimə… Xatirəni qınamıram, onun məsələdən xəbəri yoxdur. Yəqin ki, ona belə çatdırıblar. Kanalların birində mənə sual verdilər ki, o qız səndən mahnı istəsə verərsənmi? Cavab verdim ki, əlbəttə evimə dəvət edib məsləhət verərəm, yol göstərərəm. Bunu da şişirdib don geyindirdilər. Mən ilk dəfə onun fotosunu cıranda da, ona müğənni olaraq sözlərimi ünvanlamışdım, insan kimi onu təhqir etməmişəm. Bu gün də sözümün üstündə dayanıram, demişəm, yenə də deyəcəyəm. Buna haqqım da çatır. Həmin ziyalılar, sənətkarlar göz yaşı tökür ki, bu nə bəladı musiqi aləmini bürüyüb. Mən heç kimdən qorxmuram, çəkinmirəm”.

Cəvahir

COP29