Əməkdar artist Elza Seyidcahan yol hərəkəti qaydalarını pozduğu görə cərimələndiyini etiraf edib.
Yenicag.az xəbər verir ki, o bu barədə ATV-nin “Bizimləsən” verilişində danışıb.
O, “radar”a çox düşdüyünü, cərimələrinin üst-üstə yığılaraq 5500 manata çatdığını deyib.
“Proqrama taksi ilə gəlmişəm. Avtomobilim cərimə meydançasındadır. Tıxaclarda oluruq, dövlət tədbirləri, konsertlərə çatmaq istəyirik. O zaman polis əməkdaşları bizə kömək göstərir. Lakin “radar” bizə güzəşt etmir, yazır. Sığortaya da getməmişəm, faizlər gəlib. 5500 manat cəriməm yığılıb, 3 min AZN ödəmişəm”.
Nehru