Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Elza Seyidcahanın mahnılarını başa düşürsünüz? – Yeni rubrika    

1369401545_dgfghgBu gündən etibarən Yenicag.az olaraq  Azərbaycanın məşhur müğənni və xanəndələri,eləcədə tanınmış sənət adamları haqda rubriklara start verdik.  Belə ki, vaxtaşırı belə məşhur şəxslər barədə insanlar arasında sorğu keçirəcəyik. Oxucuların xahişini nəzərə alaraq, rubrikamızı ilk olaraq  müğənni Elza Seyidcahan barədə sorğuya həsr edirik. Son zamanlar Elza Seyidcahan  öz mahnıları ilə sosial şəbəkələrdə   geniş müzakirə  obyektinə çevrilib.  İfa etdiyi mahnılarını isə olduqca az insan başa düşür. Elə bu səbəbdən xeyli insan tərəfindən qınaq obyektinə çevrilib. Bütün bunları nəzərə alaraq, sosial şəbəkədə sorğu keçirdik.

Sualımız belə oldu:  “Elza Seyidcahanın mahnılarından nə başa düşürsünüz?”

Əsmər Əliyeva: Mən bu xanıma aid olan “həsrət nəğməsi” adlı musiqisini çox bəyənirəm və uğurlu iş hesab edirəm.Amma son zamanlarda sosial şəbəkələrdə paylaşılan gülünc sözlərdən ibarət söz yığınlarına isə münasibətim elə o sözlər qədər gülüncdür. Bugün Azərbaycanda kifayət qədər yaxşı və ürəyəyatan ifaçılar, bəstəkarlar və söz yazarları var. Bu çox sevindiricidir, çünki inkişafa doğru güclü addımlar atılır və bu çox gözəldir.Amma Elza xanım və onun kimi özünü gülüş obyektinə çevirən (məs:Maral Tahirqizi)  şəxsiyyətlərə qarşı münasibətim mənfidir.

Düriyə Həsən: Əslinə qalsa sənətinə və bəstələrinə güvəndiyim insandır Elza xanım. Hər halda özünün məntiqli açıqlaması olar. İctimai xarakter daşısa da o tip xəbərləri açıq oxumaqla vaxtımı itirmək istəmirəm. “Son vida” ve “Bu gecə” mahnıları onun sənətini təsdiqləyir.

Rahim Rəhimli: Onun mahnılarına heç qulaq asmıram. Dinləsəm belə məna tapa bilmərəm.

Gülnar Nəcəfzadə– Heç nə başa düşmürəm. Məncə, heç özü də oxuduğu mahnılardan  heç nə başa düşmür.

Ulucay  Akif : “Yenilik etmək istəyir, amma heçnə alınmır onda”

Zemfira Salahova: “Özünəməxsus stil yaratmaq istəyir,amma istedadı,savadı,təcrübəsi və s . amillər  çatmır. Konkret olaraq  heç nə başa düşmürəm.”

Nazim Həsənəliyev: “Mən heç onu dinləmirəm.”

Gülşən Əlizadə : “Heç nə başa düşmürəm. Eşitməməyə çalışıram.”

Sevda Hüseynova: “Mahnıları haqqında özü heç açıqlama verə bilmir. Onun özü anlamır oxuduqlarından, o ki qaldı başqaları ola”

 

Aydın Tağıyev: “Elza mahnı oxumur. Məgər siz ona müğənni deyirsiniz?!”

 

Sonda Elza Seyidcahanın şerlərindən birini sizə təqdim edirik. Başa düşən olsa, bizə də xəbər eləsin:

“Sorusursunuz ki, səni kimdir yazdıran belə
Həyat? bəli
Məni bir yazdıran var
yazdıranı qazdıran
Qazdıranı basdıran var
Basdırıb da üstünü də örtdürən var.
Ey yar, sevgi məyər günahdır?
Öz əlimlə öz sevgimi basdırmağa məcburam mən
Məhkumam mən
Ömür bizə bir dəfədir
Gözəl sevgi səhifədir
Birincisi
İkinicisi
üçüncüsü
dördüncüsü
Beşincisi
Altıncısı
Yeddincisi
Mənim üçün bir möcüzədir
Axtardığım həqiqətdir
İzlədiyim nəhayətdir
İtirdiyim kifayətdir
Hamısı bir heyranlığın zirvəsində
Ulduzluğun kölgəsində
Yeddincisi şan şöhrətin ortasında
istədiyim məhəbbətdir
Bizə bəsdir
Həyat təkdir
Bilirik ki, əvvəl axır o da nəsdir
O da nəfsdir
Biz gedəndən sonra həyat nə kəsdir?
Həyat nə kəsdir?
Həyat o kəsdir.

https://www.youtube.com/watch?v=8aO6kczeWtY

 

Kamran ƏDALƏTOĞLU

www.yenicag.az

293