ARB telekanalında yayımlanacaq “Xalqın şairi” verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb.
E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib.
Sözügedən şeiri təqdim edirik:
“Tikim, Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Geyim cırım corabımı
Çatana kimi.
Cırın, cırın.
Siz də geyin, geyin, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı yatana kimi”.
Daha sonra bəstəkar-müğənni izləyicilərinə şeirin davamını kitabdan oxumağı məsləhət görüb: “Poeziya bütövlükdə bilinməzliyə yürüşdür. Ölün, yana-yana qalın. Mən şair vətəndaşıyam”.
İzləyicilər isə bu şeirə belə münasibət veriblər: Möhtəşəm şeirdir. Bəzilərinin ağzını tikmək lazımdır”