!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elzadan səmimi etiraf: "Onun sevgilisi olaram"  

!Reklam – Yazi

Əməkdar artist Elza Seyidcahan indi də özünü aktrisa kimi sınayacaq.

Yenicag.az-a açıqlama verən sənətçi rejissorlardan dəvət aldığını deyib:

“İstedadım hərtərəflidir. Rejissorlar məni seriallarda görmək istəyir. Bəzilərinin ssenarisini bəyənmədiyim üçün razılıq vermirəm. Amma ürəyimcə olanlar da var. Çəkiləcəyim obraza gəlincə, mənim üçün fərqi yoxdur. Rejissor nə desə, onu da edərəm. Mənim üçün aktyorun zahiri görünüşünün də fərqi yoxdur. Lazım gəlsə, onun sevgilisi də olaram, həyat yoldaşı da. Mən gözəl qadınam, meymuna oxşayan kişilər yanımda xarizmatik görünəcək. Çünki işığım onun üzünə düşəcək”.

Seyidcahan sevdiyi aktyorların da adını çəkib:

“Xalq artisti Fuad Poladov və Fəxrəddin Manafovu çox sevirəm. Mənim anlamımda bu aktyorlar Hollivud ulduzlarını kölgədə qoyar. Bir çox aktrisalarımız filmdə Fəxrəddin Manafovun həyat yoldaşları olub. Kaş belə bir rol mənə də qismət olaydı. Bu, mənim ən böyük arzumdur”.

Cəvahir

www.yenicag.az

5035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv